All in One Technologies öz müştərilərinə infrastrukturlarını optimallaşdırmaq üçün yenilikçi, yüksək keyfiyyətli və səmərəli həllər təqdim edən texnologiya xidmətləri şirkətidir.

Məlumat və Resurs Mərkəzlərinin layihələndirilməsi və qurulması

Məlumat və resurs mərkəzinin fasiləsiz işləməsi və buna görə də şirkətin İT infrastrukturunun fəaliyyətinin davamlılığı birbaşa obyektin bütün mühəndis sistemlərinin etibarlılıq səviyyəsindən və tarazlığından asılıdır. “All in One Technologies” şirkəti olaraq Data Center-lərin qurulması üzrə beynəlxalq dərəcəli ixtisaslaşmış mütəxəsislərimiz tərəfindən mobil və ya müəssisə daxili mərkəzlərin qurulması layihələrini icra edirik.

 

Məlumat və Resurs Mərkəzlərinin qurulmasında fəaliyyətimiz:

  • Layihələndirmə və layihənin idarəolunması
  • Qoruyucu modul konstruksiyaların quraşdırılması
  • Şəbəkənin çəkilməsi
  • Mühəndislik sistemlərinin təchizatı, quraşdırılması, istismara verilməsi
  • Ümumi enerji təchizatı sistemi
  • İşıqlandırma sistemi (xarici və daxili)
  • Zəmanətli enerji təchizatı sistemi
  • Fasiləsiz enerji təchizatı sistemi
  • Video müşahidə sistemi
  • Girişə nəzarət və idarəetmə sistemi
  • Həssas kondisioner və havalandırma sistemi
  • Təhlükəsizlik və yanğın siqnalizasiya sistemi
  • Qazla yanğınsöndürmə sistemi
  • Strukturlaşdırılmış Kabel Sistemi
  • Monitorinq və dispetçer sistemi