Elektron Prokurorluq İnformasiya Sistemi (EPİS) layihəsi
All in One Technologies Azərbaycan Respublikasının Baş Prokurorluğunda Elektron Prokurorluq İnformasiya Sistemini tətbiq etmişdir.
Elektron Prokurorluq İnformasiya sistemi (EPİS) Prokurorluq daxilində olan proseslərin avtomatlaşdırılmasına xidmət edən Elektron Sənəd Dövriyyəsi sistemidir.
EPİS-in istifadəsi sənədlərin tərtib olunmasını, təsdiqlənməsi və imzalanmasını sürətləndirir. Həmçinin sistemdə mövcud olan dolğun statistikalar, geniş filter/axtarış imkanları rüblük və illik hesabatların asan və sürətli hazırlanmasında böyük rol oynayır.
Daxili Sənəd Tərtibatçısı vasitəsilə istənilən növ sənədlərin şablonunu hazırlamaq və növbəti sənəd tərtiblərində istifadə edərək vaxt itkisinin qarşısını almaq mümkündür.
Eləcə də elektron imza elektron sənəd mübadiləsində ən səmərəli vasitədir. Sistemin əsas imkanlarından olan E-imza vasitəsilə virtual məkanda sənəd mübadiləsinin təhlükəsiz və çevik icrası təmin edilir və iştirakçıların şəxsiyyəti müəyyən olunur.
E-imza kargüzarlıq proseduralarının elektronlaşdırılması və kağız daşıyıclarla edilən əməliyyatların ləğv edilməsində böyük rol oynayır.
Yekunda təyin olunan sonlandırma növünə əsasən iş sonlandırılır və elektron arxivə göndərilir.