Təcrübəli və peşəkar xidmətlə All in One Technologies öz sahəsində daim yenilənən beynəlxalq təcrübə və İT imkanlarını təklif və təqdim edir.

Missiyamız

Yerli və xarici böyük İT layihələrə innovativlik və müasir İT xidmətlərini təqdim etməklə aktiv İT innovator kimi formalaşmaqdır.

Strateji baxışımız

Azərbaycan İT məkanında fəaliyyətimizə uyğun qabaqcıl yerlərdə olmaq, sifarişçi və tərəfdaşlarımıza daha da keyfiyyətli və innovativ xidmətlər təqdim etmək.

Biz “All in One Technologies” QSC 2023-cü ildə təsis edilmişik. 
Əsas fəaliyyətimiz İT avadanlıqların təchizi, proqramlaşdırma və süni intellekt əsaslı proqram tətbiqlərinin hazırlanması, məlumat və resurs mərkəzlərinin qurulması, video müşahidə və fiziki İT təhlükəsizlik, kibertəhlükəsizlik üçün xüsusi həllərin tətbiqidir.

Heyətimiz beynəlxalq və yerli şirkətlərdə təcrübə əldə etmiş yüksək ixtisaslı mütəxəssislərdən ibarətdir. 


Dəyərlərimiz

  • Komandamız peşəkarlıq və qarşılıqlı hörmət üzərində qurulub
  • Biz vədlərimizə əməl edirik və etimad üzərində münasibətləri qururuq
  • Biz yenilikçi olaraq innovativ yanaşmanı üstün hesab edirik

  

SOSİAL MƏSULİYYƏT

Qlobal və yerli təsirlərimiz

Biz “All in One Technologies” olaraq inanırıq ki, dünyanı daha yaxşı bir məkana çevirmək bizim gücümüzdədir. Buna görə də, biz bir sıra mühüm layihələri təbliğ edirik.


Ətraf mühit və davamlılıq

“All in One Technologies” siyasəti korporativ izimizi minimuma endirməyə yönəlib. Buna uyğun olaraq, biz əməkdaşlarımızın arasında daha sağlam və yaşıl həyat tərzini təbliğ edir, daha az səyahət etmək üçün video konfrans tətbiq edir, ofislərimizdə enerjiyə qənaət edir və tullantıların təkrar emalını həyata keçiririk.

Əməkdaşlarımızın sosial rifahı

“All in One Technologies” inklüzivlik və bərabər imkanlar mühiti yaradır, xeyriyyəçiliyə sərmayə qoyur, psixoloji rifah, iş-həyat tarazlığı və qarşılıqlı hörmət kimi mühüm məsələlərdə maarifləndiririk. Eyni zamanda çevik hibrid model vasitəsilə uzaqdan işi də dəstəkləyirik.


Təhsil və bilik mübadiləsi

Əməkdaşlarımızın ixtisas artırma və kadr potensialının inkişafını dəstəkləyirik. Eyni zamanda yüksək ixtisaslı əməkdaşlarımız yerli müəssisələrdə bilik təcrübələrini bölüşməkdə qərarlıdırlar. Biz mütəmadi olaraq həm İT mövzuları, həm də digər vacib sahələr üzrə vebinarlar, mühazirələr və seminarlar keçiririk. İnanırıq ki, bilik hamımızı daha yaxşı edir.

Tərəfdaşlarımız

Fəaliyyətimizin genişlənməsi üçün güclü tərəfdaşlarla inkişafa hazırıq

Bizimlə əlaqə

Müştərilərimiz

İri layihələr icra etmək üçün bizə etimad göstərə bilərsiniz

Bizimlə əlaqə