COP29 layihəsi uğurla icra olundu
All in One Technologies şirkəti Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) 29-cu Tərəfdaşlar Konfransı – COP29 konfransının İT infrastruktur işlərini icra etmişdir.
Şirkət mötəbər tədbirin məkanı olan Bakı Olimpiya Stadionunda və tədbirlə bağlı digər məkanlarda İT infrastruktur, süni intellekt əsaslı müşahidə kamerası sisteminin, monitorinq mərkəzləri və data mərkəzlərinin qurulması işlərini icra etmişdir.
Fövqəlada hal anında TIER-III standardlarına cavab verən 2 ədəd məlumat və resurs mərkəzi, 1000km kabel şəbəkəsi, 10 ədəd əsas paylamağa otağı, 160 ədəd aralıq paylama otağı qurmuşdur. Eyni zamanda şəbəkə əməliyyatlarının idarəolunması üçün monitorinq mərkəzini qurmuşdur.
Digər layihələr
DGK-də yaxa kameraları layihəsi
All in One Technologies şirkəti Dövlət Gömrük Komitəsinin sifarişi əsasında gömrük xidmətində olan əməkdaşlarının yaxa kameraları ilə təchiz olunması layihəsini uğurla başa çatdırdı.
Elektron Prokurorluq İnformasiya Sistemi (EPİS) layihəsi
All in One Technologies Azərbaycan Respublikasının Baş Prokurorluğunda Elektron Prokurorluq Sistemini tətbiq etmişdir.
E-Tabib mobil tətbiqinə funksionallıqların artırılması layihəsi
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sifarişi əsasında hazırlanan e-Tabib Azərbaycan vətəndaşlarının, həmçinin Azərbaycanda müvəqqəti və daimi yaşama hüququ olan xarici ölkə vətəndaşlarının yararlana biləcəyi mobil tətbiqdir.
Çinar Park Biznes Mərkəzinə giriş-çıxış sistemləri tətbiq edilmişdir.
Çinar Park Biznes Mərkəzində ümumi İT infrastrukturun qurulması, kamera müşahidə sistemi, giriş-çıxışa nəzarət sisteminin quraşdırılması layihəsi