E-Tabib mobil tətbiqinə funksionallıqların artırılması layihəsi
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sifarişi əsasında hazırlanan e-Tabib Azərbaycan vətəndaşlarının, həmçinin Azərbaycanda müvəqqəti və daimi yaşama hüququ olan xarici ölkə vətəndaşlarının yararlana biləcəyi mobil tətbiqdir. Tətbiq həm IOS, həm də Android platformalarda mövcuddur.
Mobil tətbiqdən istifadə edən istifadəçilər şəxsi məlumatlarını, verilən laborator analizlərin nəticələrini, Tibb müəssisələrinə etdikləri müraciətlərin məlumatlarını , müraciətin diaqnozunu və göstərilən tibbi xidmətləri, həkim göndərişlərini, Ailə həkimi haqqında məlumatları, Əlillik müraciətinin statusunu, İTSDA şəhadətnaməsini, İnstrumental diaqnostik müayinələrin rəylərini və şəkillərini görə bilərlər.
O cümlədən, Tibb müəssisələrinə asanlıqla onlayn növbə götürmək, alınan tibbi xidmətin keyfiyyətini qiymətləndirmək, Tibb müəssisələrinin xəritə üzərindən axtarışını etmək, Xidmətlər zərfi ilə təminata alınan xidmətləri, Milli Peyvənd Təqvimini izləmək, İcbari Tibbi sığorta üzrə Dövlət Agentliyinə müraciət etmək və birbaşa tətbiqdən 102 Təcili və Təxirəsalınmaz Tibbi yardımla əlaqə saxlamaq və s. bu kimi imkanlardan yararlanmaq mümkündür.
Digər layihələr
COP29 layihəsi uğurla icra olundu
All in One Technologies şirkəti Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) 29-cu Tərəfdaşlar Konfransı – COP29 konfransının İT infrastruktur işlərini icra etmişdir.
DGK-də yaxa kameraları layihəsi
All in One Technologies şirkəti Dövlət Gömrük Komitəsinin sifarişi əsasında gömrük xidmətində olan əməkdaşlarının yaxa kameraları ilə təchiz olunması layihəsini uğurla başa çatdırdı.
Elektron Prokurorluq İnformasiya Sistemi (EPİS) layihəsi
All in One Technologies Azərbaycan Respublikasının Baş Prokurorluğunda Elektron Prokurorluq Sistemini tətbiq etmişdir.
Çinar Park Biznes Mərkəzinə giriş-çıxış sistemləri tətbiq edilmişdir.
Çinar Park Biznes Mərkəzində ümumi İT infrastrukturun qurulması, kamera müşahidə sistemi, giriş-çıxışa nəzarət sisteminin quraşdırılması layihəsi