All in One Technologies öz müştərilərinə infrastrukturlarını optimallaşdırmaq üçün yenilikçi, yüksək keyfiyyətli və səmərəli həllər təqdim edən texnologiya xidmətləri şirkətidir.

Yanğın təhlükəsizliyi sistemlərinin qurulması

Əməkdaşların, zəruri informasiya avadanlıqları və təchizatların təhlükəsizliyinin təmin olunması həyati önəmə malik məsələdir. Qapalı məkanlarda xüsusi riskə malik yanğın ehtimalı iş prosesinə ciddi və qalıcı zərər vuran problemdir.

All in One Technologies yanğın təhlükəsi zamanı həssas yanğın müəyyən etmə sistemləri, yanğın zamanı dərhal işə düşən siqnalizasiya, yanğına peşəkar və yerində müdaxilə imkanı verən təhlükəsizlik sistemləri ilə sifarişçilərin və tərəfdaş qurumların ofis, müxtəlif təyinatlı infrastruktur və obyektlərinin yanğından etibarlı və güvənilən mühafizəsini təmin edir.

Ən müasir texnologiyalara və keyfiyyət standarlarına uyğun yanğın təhlükəsizliyi sistemlərini təmin edən All in One Technologies, yanğın ehtimalını əvvəlcədən dəyərləndirməyə, mümkün yanğın risklərinin qarşısını almağa və bədbəxt hadisə zamanı xidməti heyətin və zəruri avadanlıqların mühafizəsinin təşkilinə imkan verir.