All in One Technologies öz müştərilərinə infrastrukturlarını optimallaşdırmaq üçün yenilikçi, yüksək keyfiyyətli və səmərəli həllər təqdim edən texnologiya xidmətləri şirkətidir.

PUA-lar vasitəsilə ərazilərin müşahidə xidməti

Strateji və ya xüsusi qorunmağa ehtiyacı olan ərazi və obeyktlərin havadan mühafizəsini təmin etmək üçün All in One Technologies QSC PUA-lar vasitəsi ilə müşahidə xidmətini təklif edir. Təklif olunan PUA ilə müşahidə xidməti ərazinin böyüklüyündən və gün ərzində neçə saat təminatından asılı olaraq xüsusi dronlar vasitəsilə təşkil olunur.

PUA ilə müşahidə xidmətinə ərazinin təhlili, ümumi monitorinqi, gecə və ya gündüz rejimlərdə çalışma və peşəkar mütəxəssisin PUA idarəetməsi daxildir.

Gecə müşahidəsi üçün xüsusi LED lampalarla təchiz olunmuş termal xüsusi PUA-lar da mövcuddur.