All in One Technologies öz müştərilərinə infrastrukturlarını optimallaşdırmaq üçün yenilikçi, yüksək keyfiyyətli və səmərəli həllər təqdim edən texnologiya xidmətləri şirkətidir.

Şifrəli İP telefoniya sistemlərinin qurulması

Verilən qərarların və onların icrası haqqında anında məlumat almaq, iş yerində tam koordinasiyalı iş prosesini təmin etmək imkanı əsas amillərdəndir. Təmin etdiyimiz imkanlarla siz, tərəfdaşlarınızla və şirkətdaxili iş prosesinin koordinasiyasını faydalı şəkildə həyata keçirə, kənar müdaxilə olmadan, tam şifrələnmiş və təhlükəsiz xətlərlə danışıqlarınızı həyata keçirə bilərsiniz. Şifrəli İP telefoniya sistemi təhlükəsiz, müasir avadanlıqlarla və şifrələmə sistemləri ilə təchiz olunmuş texnologiyalardan faydalanmaq imkanı verir.

Xidmətlərimizdən yararlanmaqla, ofisdaxili və işgüzar əlaqələrinizin təhlükəsizliyini təmin edə, kənar müdaxilə riskini minimuma endirəcək tam şifrələnmiş və etibarlı sistemə malik ola bilərsiniz.