İnformasiya təhlükəsizliyi mühəndisi
Tələb olunan bilik və bacarıqlar:
- Ali təhsil (Sahə üzrə ali təhsilin olması arzuolunandır)
- Windows və *nix server/istifadəçi əməliyyat sistemləri üzrə dərin biliklər
- Firewall və WAF üzrə biliklər
- Skript və proqramlaşdırma dilləri haqqında anlayış
- Şəbəkə və verilənlər bazası sahəsində biliklər
- Kiber hücum növləri haqqında məlumatlılıq
- XDR üzrə biliklər
- Virtualizasiya üzrə biliklər
- Şəbəkə strukturunun işləmə prinsipi haqqında biliklər
- SIEM üzrə biliklər
- Müvafiq sahə üzrə 2 ildən çox iş təcrübəsi
- Azərbaycan dili, rus və ya ingilis dilləri (sərbəst)
- Analitik düşünmə və yüksək problem həll etmə bacarığı
- Komanda ilə işləmə və idarəetmə bacarığı
- Məsuliyyətlilik, operativlik, təşəbbüskarlıq, detallara diqqət yetirmək
- Daima öyrənmə bacarığı
Vəzifə öhdəlikləri:
- Təhlükəsizlik insidentlərin və digər kiber təhlükəsizlik hadisələrinin araşdırılması;
- SİEM vasitəsilə logların izlənməsi;
- WAF üzərindən rulların yaradılması;
- Son nöqtələrin və avadanlıqların SİEM-a bağlanması;
- Insidenti anlamaq üçün müxtəlif alət və məlumat qaynaqlarının bir-birinə bağlanaraq analiz edilməsi;
- Daxil olan sorğuların vaxtında icra edilməsini təmin etmək;
- Komandanın digər üzvlərinin lazımi bilik və bacarıqlarının inkişaf etməsi üçün töhvə vermək;
- Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqları icra etmək.