COP29 layihəsi uğurla icra olundu

All in One Technologies şirkəti Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) 29-cu Tərəfdaşlar Konfransı – COP29 konfransının İT infrastruktur işlərini icra etmişdir.

Şirkət mötəbər tədbirin məkanı olan Bakı Olimpiya Stadionunda və tədbirlə bağlı digər məkanlarda İT infrastruktur, süni intellekt əsaslı müşahidə kamerası sisteminin, monitorinq mərkəzləri və data mərkəzlərinin qurulması işlərini icra etmişdir.



Fövqəlada hal anında TIER-III standardlarına cavab verən 2 ədəd məlumat və resurs mərkəzi, 1000km kabel şəbəkəsi, 10 ədəd əsas paylamağa otağı, 160 ədəd aralıq paylama otağı qurmuşdur. Eyni zamanda şəbəkə əməliyyatlarının idarəolunması üçün monitorinq mərkəzini qurmuşdur.