Motorola Solutions “All in One Technologies”-i COP29-un uğurlu təşkili münasibətilə təbrik edib.
“Motorola Solutions” şirkətinin Avropa, Orta Şərq və Afrika ölkələrinin satışı üzrə vitse prezidenti cənab Paul Suç tərəfindən Azərbaycanda təşkil olunmuş Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası olan COP29 tədbirinin İT infrastrukturu və müşahidə sistemlərinin qurulmasında uğurlu təşkilatçılığa görə “All in One Technologies” şirkətinə təbrik məktubu göndərmişdir.
Məktubunun mətnində deyilir:
Hörmətli All in One Technologies komandası,
Sizi ən böyük tədbir – COP29-un təşkilində əldə etdiyiniz möhtəşəm nailiyyət münasibətilə səmimi qəlbdən təbrik edirəm. Bu inanılmaz uğur sizin qlobal problemlərin həllinə olan sadiqliyinizi və davamlı gələcək naminə əməkdaşlığı təşviq etməkdəki müstəsna liderliyiniz və fədakarlığınızı bir daha nümayiş etdirir.
Biz “Motorola Solutions” olaraq, həllərimizin bu layihədə təhlükəsiz mühit yaratmaq üçün istifadə olunmasından xüsusilə məmnunuq. Texnologiyamızın bu cür mühüm tədbirin uğuruna və təhlükəsizliyinə töhfə verdiyini görmək bizim üçün qürurvericidir.
Bu tədbirin uğurla həyata keçirilməsində All in One Technologies-ın heyətini təqdir edirəm.
Bu möhtəşəm nailiyyət münasibətilə sizi təbrik edirəm! COP29-un gələcək illərdə yaradacağı müsbət təsirləri görməyi səbirsizliklə gözləyirəm.
Digər xəbərlər

15.05.2024
All in One Technologies şirkətinin üzv olduğu Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası Türkiyədə keçirilən kibertəhlükəsizlik konfransında təmsil olunub

22.08.2024
Microsoft tezliklə İdarəetmə Panelini Windows-dan siləcək

16.08.2024
“Kaspersky Lab” həlləri 2023-cü ildə Azərbaycandan olan istifadəçilərin fişinq səhifələrinə keçmək üçün 945 mindən çox cəhdini bloklayıb.

07.09.2024