“All in One Technologies” şirkəti dünya texnologiya nəhənglərindən olan “Huawei” tərəfindən ilin tərəfdaşı seçildi
“All in One Technologies” şirkəti dünya texnologiya nəhənglərindən hesab olunan Çinin “Huawei” korporasiyası tərəfindən Azərbaycanda keçirilmiş beynəlxalq səviyyəli layihənin icrasında göstərilən peşəkarlığa görə “İlin Tərəfdaşı” statusu ilə təltif edilib. Bu mükafat “All in One Technologies”-in Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) 29-cu Tərəfdaşlar Konfransı – COP29 tədbirinin İT infrastruktur işlərinin peşəkarlıqla icrasına görə təqdim edilmişdir.
“Huawei”-in Azərbaycandakı rəsmi distribütoru “Marvel Distribution” şirkəti tərəfindən təqdim olunan mükafat, “All in One Technologies”-in texnologiya bazarındakı liderliyini və müştərilərə təqdim etdiyi dəyəri bir daha təsdiqləyir. “All in One Technologies” bu statusu “Huawei” ilə əməkdaşlığında əldə etdiyi uğurlu layihələr və keyfiyyətli icra nəticəsində qazanıb.
“İlin Tərəfdaşı” statusu “All in One Technologies” şirkətinin müasir texnologiyaların tətbiqi, müştəri ehtiyaclarının peşəkarlıqla qarşılanması və strateji tərəfdaşlıq sahəsindəki müvəffəqiyyətinin tanınmasıdır. Şirkət, həmçinin “Huawei”-in inkişafda olan texnologiya bazarına inteqrasiyasını asanlaşdıran və müştərilərə ən son yenilikləri vaxtında və keyfiyyətlə təqdim edən əsas tərəfdaşlardan biri olaraq seçilib.
“All in One Technologies” şirkətinin direktoru Məmməd Kərimli sözügedən mükafatı qəbul edərək bildirib ki, “Huawei ilə əməkdaşlıq və bu əməkdaşlıqdan əldə olunan uğurlar bizi daha da ruhlandırır. Bu mükafat, yalnız bizə göstərilən etimadın təcəssümü deyil, həm də Azərbaycanda texnologiya sahəsində ən yaxşı həlləri təqdim etməyə davam edəcəyimizin göstəricisidir.”
All in One Technologies,
Bütün texnoloji həllər bir yerdə!
Digər xəbərlər
15.05.2024
All in One Technologies şirkətinin üzv olduğu Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası Türkiyədə keçirilən kibertəhlükəsizlik konfransında təmsil olunub
22.08.2024
Microsoft tezliklə İdarəetmə Panelini Windows-dan siləcək
16.08.2024
“Kaspersky Lab” həlləri 2023-cü ildə Azərbaycandan olan istifadəçilərin fişinq səhifələrinə keçmək üçün 945 mindən çox cəhdini bloklayıb.
07.09.2024