All in One Technologies HPE tərəfindən “Strategic Partnership Award 2025” mükafatını qazandı

9 aprel 2025-ci il tarixində Bakı texnologiya aləminin diqqət mərkəzinə çevrildi. İKT sektorunun aparıcı simalarının bir araya gəldiyi “HPE Texnologiya Günü” tədbiri Hewlett-Packard Enterprise və Techpro DC-nin təşkilatçılığı ilə baş tutdu. Tədbir innovasiyanın döyünən ritmini hiss etdirmək və texnologiyanın sabahına işıq salmaq məqsədi daşıyırdı.

Günün ən yaddaqalan məqamlarından biri isə, HPE-nin ən son texnoloji həllərinin təqdimatından əlavə, şirkətin Azərbaycandakı yeni komandasının tanıdılması və ölkədə HPE məhsullarının uğurla təbliği və satışı ilə fərqlənən tərəfdaşların təltif olunması oldu.

Bu nüfuzlu mərasimdə All in One Technologies şirkəti “Strategic Partnership Award 2025” mükafatı ilə təltif olunaraq ilin ən strateji tərəfdaşı adına layiq görüldü. Bu mükafat, illərdir davam edən peşəkar əməkdaşlığın, qarşılıqlı etimadın və innovativ yanaşmaların nəticəsi olaraq şirkətin əldə etdiyi böyük uğurun simvoludur.

Anar Humbatov, HPE Technology Day

Tədbirdə yerli İT sənayesinin tanınmış simaları ilə yanaşı, HPE korporasiyasının Şərqi Avropa ölkələri üzrə rəhbər heyətinin iştirakı da tədbirə xüsusi əhəmiyyət qatdı. Bu da bir daha göstərdi ki, Azərbaycanın texnoloji sektoru qlobal arenada mühüm tərəfdaşlıq imkanları ilə diqqət mərkəzindədir.