All in One Technologies beynəlxalq ISO standartlarına uyğun sertifikatlaşdırılıb

All in One Technologies CJSC beynəlxalq standartlara uyğun fəaliyyət göstərdiyini təsdiqləyən ISO sertifikatlarına layiq görülüb. Şirkətin idarəetmə sistemi nüfuzlu beynəlxalq sertifikatlaşdırma qurumu olan Intertek tərəfindən qiymətləndirilib və müvafiq standartlara uyğunluğu təsdiq edilib.

Belə ki, All in One Technologies ISO 9001:2015 – keyfiyyətin idarə edilməsi, ISO 14001:2015 – ətraf mühitin idarə edilməsi,ISO 45001:2018 – əməyin mühafizəsi və iş sağlamlığı üzrə beynəlxalq sertifikatlara layiq görülüb.

Qeyd olunan sertifikatlar şirkətin təhlükəsizlik sistemlərinin dizaynı, quraşdırılması və texniki xidməti, eləcə də IT infrastrukturunun qurulması sahəsində fəaliyyətini əhatə edir.

ISO beynəlxalq səviyyədə qəbul edilən keyfiyyət, təhlükəsizlik və idarəetmə standartlarını müəyyən edən təşkilatdır. ISO sertifikatları şirkətlərin fəaliyyətinin beynəlxalq tələblərə uyğunluğunu təsdiqləyir və etibarlılığını artırır.