“All in One Technologies” şirkəti BMT tərəfindən təşəkkürnamə ilə təltif olunub.
4 Dekabr 2024-cü il – “All in One Technologies” şirkəti Birləşmiş Millətlər Təşkilatının Tədbir Təhlükəsizliyi üzrə Koordinasiya Rəhbəri cənab Kevin O.Hanlon tərəfindən 2024-cü ilin noyabr ayında Bakı şəhərində keçirilən BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının 29-cu Konfransında (COP29) kamera təhlükəsizlik infrastrukturunun uğurlu qurulması və dayanıqlığının təmin edilməsinə görə rəsmi təşəkkürnamə ilə təltif olunmuşdur.
COP29 konfransında dünyanın hər yerindən dövlət və hökumət başçıları, eləcə də digər yüksək səviyyəli rəsmi nümayəndələrin iştirakı ilə keçirilmişdir. Tədbirdə 80-dən çox ölkənin rəhbərləri və 54,000-dən çox rəsmi qeydiyyatdan keçmiş ziyarətçi iştirak etmişdir. Bu, həm miqyasına, həm də təşkilatçılıq səviyyəsinə görə, Azərbaycan və bütün region üçün önəmli bir beynəlxalq tədbir olmuşdur.
“All in One Technologies” komandası COP29-un uğurla keçirilməsi üçün yüksək texnoloji həllər təqdim etmiş, kompleks İT infrastrukturun yaradılması və fasiləsiz fəaliyyətini təmin etmək üçün qabaqcıl metodologiya və yenilikçi yanaşmalardan istifadə etmişdir. Tədbir zamanı təqdim olunan xidmətlərə sürətli internet bağlantısı, təhlükəsiz şəbəkə həlləri, məlumatların idarə edilməsi sistemləri və digər mühüm İT dəstəyi daxil idi.
Cənab Kevin O’Hanlon tədbir çərçivəsində All in One Technologies-in göstərdiyi yüksək səviyyəli peşəkarlığı vurğulamış və bildirmişdir ki, şirkət tərəfindən görülmüş işlər gələcəkdə keçiriləcək irimiqyaslı beynəlxalq tədbirlər üçün etalon olacaqdır.
“All in One Technologies” BMT, yerli təşkilatlar və digər beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edərək, tədbirin yüksək İT təhlükəsizlik və effektivlik standartlarına uyğun keçirilməsini təmin etmişdir.
Digər xəbərlər
15.05.2024
All in One Technologies şirkətinin üzv olduğu Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası Türkiyədə keçirilən kibertəhlükəsizlik konfransında təmsil olunub
22.08.2024
Microsoft tezliklə İdarəetmə Panelini Windows-dan siləcək
16.08.2024
“Kaspersky Lab” həlləri 2023-cü ildə Azərbaycandan olan istifadəçilərin fişinq səhifələrinə keçmək üçün 945 mindən çox cəhdini bloklayıb.
07.09.2024