“Coronis OneLook” ilə radiologiya sahəsində yeni dövr!

Təxminən hər 8 qadından 1-nin həyatında invaziv süd vəzi xərçəngi diaqnozu qoyulacaq. Bütün süd vəzi xərçəngi hallarının təxminən yarısı, cins və yaşdan başqa xüsusi risk amilləri olmayan qadınlarda baş verir. Bu yalnız qadınlarla məhdudlaşmır, süd vəzi xərçəngi hər iki cinsdə də rast gəlinir.

Bu xəstəliklə mübarizənin ən yaxşı yolunun simptomların ortaya çıxmasını gözləməkdə deyil, onu mümkün qədər tez diaqnoz etmək olduğunu göstərir. Bir çox ölkə insanlara radioloqdan mütəmadi olaraq müayinədən keçmələrini təklif edən proqramlar təqdim edir. Bu süd vəzi xərçəngi tarixini tibbi vizuallaşdırma və görüntüləmə tarixi ilə ayrılmaz şəkildə birləşdirir.

Hər il oktyabr ayında dünya üzrə insanlar bu xəstəlik haqqında məlumat yaymaq və ona dəstək olanları dəstəkləmək üçün bir araya gəlirlər. Bu il All in One Technologies şirkətinin tərəfdaşı “BARCO” süd vəzi xərçənginin əleyhinə təşkil olunan tədbirlərə qoşulmaqla bu sahədə indiyə qədər hazırladıqları ən yaxşı radiologiya və süd vəzi vizuallaşdırma ekranını təqdim ediblər.

Bir baxış – milyonların həyatını dəyişdirmək üçün lazım olan hər şeydir.

Dünyaca məşhur "Coronis Uniti" ekranını inkişaf etdirən komanda təqdim edir!

Coronis OneLook - radiologiya və döş vizuallaşdırması üçün yeni flaqman həllidir. Bu həllin ərsəyə gəlməsi üçün on illərlə araşdırma və təcrübə sınaqdan keçirilmişdir.

Coronis OneLook - "Barco"-da indiyə qədər əldə edilən ən çox görüntü xətti və piksel sayı ilə öyünə bilər, eyni zamanda döş vizuallaşdırması ekranları arasında da ən çox olanıdır. Nəticə? Tam tibbi görüntüləri bir baxışla görə bilərsiniz. Hər bir detalı böyütməyə və ya panoramaya ehtiyac olmadan görünür. Bu ilk növbədə sektorda bir yenilikdir.


Ekstremal detalizasiya, kristal şəffaf rənglər, aydın görüntülər.

Coronis OneLook - təsirli tibbi kontrast sayəsində sizə heç vaxt təsəvvür etmədiyiniz qədər çox detal təqdim edir. Onun rəng palitrası Coronis Uniti-nin rəng palitrasından 30% daha genişdir və ekranın bütün ömrü boyu SteadyColor texnologiyası ilə dəstəklənir. Bu tibbi görüntülərdəki rəngli məlumatların bütün detalını asanlıqla görməyə imkan tanıyır.

Böyük 33 düymlük Coronis OneLook ekranı bir çox tibbi görüntünü yan-yana yerləşdirmək imkanı verir. Fusion adlanan formatın 19% performans artırdığı sübut olunmuşdur.

Coronis OneLook – süd vəzinin 3D KT müayinələri üçün optimallaşdırılıb və patentləşdirilmiş RapidFrame texnologiyası ilə təchiz edilib ki, bu da hərəkətli görüntülərdə kiçik detalların aşkarlanmasını 10% artırmağa imkan verə bilər.